Modern.az

QHT-lərə yaradılan problemə görə Elman Rüstəmova müraciət edildi

QHT-lərə yaradılan problemə görə Elman Rüstəmova müraciət edildi

28 Mart 2014, 17:10

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında Hüquq və Monitorinq Komissiyyası qrantlar üzrə bank əməliyyatlarının aparılmasında yaranmış bəzi çətinliklərlə bağlı Mərkəzi Bankın rəhbərliyinə müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, “Qrant haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə qeydə alınmamış qrant müqavilələri üzrə əməliyyatların aparılmaması və bu tələb pozulduğu halda inzibati cərimənin tətbqi ilə bağlı edilən dəyişikliklər 4 fevral 2014-cü il tarixdən qüvvəyə minsə də, banklar bu tarixdən əvvəl bağlanmış qrant müqavilələrinini qeydiyyatı və əvvəllər qeydə alınmış qrant müqavilələri (qərarları) üzrə hər dəfə daxil olan maliyyə vəsaitləri (tranşlar) üzrə də bildirişlər tələb edir. Bu da qrant müqavilələri üzrə layihələrin həyata keçirilməsində qeyri-hökumət təşkilatları üçün müəyyən problemlər yaradır.  Hüquq və Monitorinq Komissiyası müraciətində bu çətinliyin aradan qaldırılması üçün Mərkəzi Bankın rəhbərliyindən  müvafiq tədbir görülməsini xahiş edib.

Komissiya eyni zamanda qrant müqaviləsinin surətinin noratiat qaydasında təsdiqi qaydasının qrant müqavilələrinin qeydiyyatına dair bildirişlərin alınmasında bir sıra çətinliklər yaratdığını da nəzərə alaraq, bu tələbin qanunvericilikdən çıxarılması barədə də müvafiq dövlət orqanlarına müraciət hazırlayır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir