Modern.az

Azərbaycanda vəzifəli şəxslər həbs olundu

Azərbaycanda vəzifəli şəxslər həbs olundu

28 Mart 2014, 20:47

«Bank Technique» ASC-dən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə)  maddələri ilə cinayət işi  başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, istintaq zamanı «İnteralyans» MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə «Transalyans»,  «Qarant-Ko» MMC və digər şirkətlər yaratmaqla onların adına «Bank Technique» ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat, «Meridian Company» MMC-nin təsisçisi və direktoru Rauf Kərimovun eyni üsulla müxtəlif vaxtlarda hissə-hissə 25 milyon 756 min 547 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəmələrində, habelə cəmiyyətin qanuni manefelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub