Modern.az

Suriya Türkiyəni BMT-yə şikayət etdi

Suriya Türkiyəni BMT-yə şikayət etdi

28 Mart 2014, 20:30

Modern.az saytı xəbər verir ki, Suriyanın Birləşmiş Millətlər Təşkilatında (BMT) daimi nümayəndəsi Bəşər Əl Cəfəri Türk ordusunun Lazkiyə bölgəsinin şimalındakı silahlı terror qruplarına hərbi dəstək verdiyi iddiasını irəli sürüb.

Cəfəri Türkiyənin İsrail, Səudiyyə Ərabistan, Qatar və ö bölgədəki terrorçu qruplar arasında koordinasyon ve bircə əməkdaşlığı təmin etdiyini bildirib.

Suriya xarici işlər və qürbətçilər nazirliyi də 27 mart tarixində BMT-nin Baş katibi, Təhlükəsizlik Şurası və komitələrinə göndərdiyi  məktublarda, Türkiyə hökumətinin eyni zamanda Təhlükəsizlik Şurasının terror təşkilatları siyahısına saldığı Əl Nusra cəbhəsinə Türkiyə dövləti hər cür hərbi və logistik dəstəklə kifayətlənməyərək, Türk ordusunu da birbaşa hərbi dəstək məsələsinə qatdığını qeyd edib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?