Modern.az

Çağırışçıların nəzərinə

Çağırışçıların nəzərinə

Təhsil

28 Mart 2014, 21:07

Gələcək əsgərlər tezliklə xidmət keçəcəkləri hərbi hissələri öyrənə biləcəklər.

Aprel ayında həqiqi hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşları martın 31-dən xidmət keçəcəkləri hərbi hissələr barədə məlumatı öyrənə biləcəklər/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

Xidmətin çağırışçılarla bağlı elektron bazası martın 31-də aktivləşəcək. Vətəndaşlar qurumun rəsmi internet saytında elektron xidmətlər bölməsinə özləri barədə müvafiq informasiyanı daxil etməklə, göndəriləcəkləri hərbi hissə barədə məlumat ala bilərlər. /apa.az/  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır