Modern.az

Heydər Əliyev Fondu Sumqayıtda “Şəhidlər xiyabanı” kompleksini təmir edəcək

Heydər Əliyev Fondu Sumqayıtda  “Şəhidlər xiyabanı” kompleksini təmir edəcək

28 Mart 2014, 23:05

Sumqayıt şəhərində Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin müraciətinə uyğun olaraq "Şəhidlər xiyabanı" kompleksinin yenidən qurulması, 20 Yanvar və Xocalı abidələrinin tikintisinə hazırlıq işləri gedir.

Modern.az saytı xəbər verir ki, martın 28-də Sumqayıt Şəhər İcra Hakimiyyətində şəhər ictimaiyyətinin, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin iştirakı ilə "Şəhidlər xiyabanı" kompleksinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçiriləcək yenidənqurma, 20 Yanvar və Xocalı abidələrinin isə tikinti işləri layihələrinin təqdimatı olmuşdur.

Tədbirdə "Şəhidlər xiyabanı"ndakı betondan hazırlanmış ulduz abidəsinin günün tələblərinə cavab vermədiyi və onun sökülərək yerində yeni abidənin ucaldılması fikri dəstəklənmişdir.

Abidənin memarı Vaqif Nəzərov qeyd etmişdir ki, bu abidə vaxtilə Sovet İttifaqı dövründə beşguşəli ulduz formasında hazırlanmış, müstəqillik dövründə isə səkkizguşəli ulduz formasına salınaraq müvəqqəti saxlanılmışdır. O demişdir ki, adi betondan hazırlanan bu abidə nə materialların keyfiyyəti, nə də məzmun baxımından günün tələblərinə cavab vermir.

Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev də köhnə abidələrin həm keyfiyyət, həm də məzmun baxımından uyğun olmadığını, yeni layihələrin müasir memarlıq standartlarına tam cavab verdiyini və bu müqəddəs məkanın belə layihələrlə daha möhtəşəm olacağını bildirmişdir.

Tədbirdə iştirak edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yeni abidənin yaradılacağına görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirmişlər.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi