Modern.az

Qəddafinin oğlu Saadi xalqdan üzr istədi

Qəddafinin oğlu Saadi xalqdan üzr istədi

28 Mart 2014, 23:31

Modern.az saytı xəbər verir ki, Liviya hökuməti tərəfindən martın 6-da Nigerdən təhvil alınan Saadi Qəddafi həbsxanada olduğu müddətdə onunla çox gözəl davranıldığını və keçmişdə etdiyi səhvlərə görə Allaha tövbə etdiyini deyib.

O, Liviya daxilindəki bəzi qrupları dəstəklədiyinə görə xalqdan üzr istədiyini bəyan edib. 

Dövlət televiziyasında çıxış edən Saadi Qəddafi ölkəsindəki qeyri-sabitliyin sona çatması üçün
yeni qurulan hökumətə qarşı çıxan silahlı qrupları silahları yerə qoymağa çağırıb.

Liviyanın sabiq daxili işlər naziri Abdullah Mənsur da səhv bir ideologiyanın istiqamətləndirməsiylə gerçəkləri görmədiyini, insan haqqlarını pozan cinayətlər işlədiyini və Liviyalı bir çox günahsız insana işgəncə etdiyini söyləyərək, əvvəl Allahdan sonra da Liviya xalqından əfv istədiyini açıqlayıb.

Qeyd edək ki, Nigeriya hökuməti fevralın 14-də A.Mənsuru, martın 6-da isə S.Qəddafini Liviyaya təhvil vermişdi.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar