Modern.az

Anasını 27 il sonra Facebook-da tapdı

Anasını 27 il sonra Facebook-da tapdı

28 Mart 2014, 23:50

Yeni doğulmuş Ketrin Deprili anası Allentaun şəhərinin Burger King yeməkxana şəbəkəsinin kafelərinin birinin ayaqyoluna atıb. Xoşbəxtlikdən körpəni restoran əməkdaşları tapıblar.

Modern.az saytı xəbər verir ki,  27 il sonra qız öz bioloji anasını Facebook-un köməyi ilə tapdı.

Körpə Ketrin tapılan kimi polis onun anasını axtarışa verir. Yenicə uşaq dünyaya gətirən qadının tibbi yardıma ehtiyacı olacağı düşünülürdü. Amma onu tapmaq mümkün olmadı. Polis əliboş qaldı, qızı isə qəyyum valideynlər götürdülər. O hadisədən 27 il ötür. Ketrin götürülmə uşaq olduğunu öyrənir və onu dünyaya gətirən və atan ananı axtarıb tapmaq istəyir.

Qız etiraf edir ki, bioloji anasını əslində çoxdan tapmaq istəyir, amma bunu necə edəcəyini bilmirdi. Nəhayət ki, o, bu məqsəd üçün dünyanın ən iri sosial şəbəkəsindən istifadə etmək qərarına gəlir. 

Gənc amerikalı Facebook səhifəsində öz bioloji anasını tapmaq istədiyi və ona acıqlı olmadığı barədə elan verir.

“Mən onunla tanış olmaq istəyirəm. Ona elədikləri üçün acıqlı deyiləm. Mənim ona verəcəyim milyonlarla sualım var”, - Ketrin Depril yazıb. Bir neçə gün sonra qıza 44 yaşlı bir qadın yazır və onun anası olduğunu deyir. Ketrin üçün mühüm olan bu görüşdə onu tərbiyə edən ana və bioloji anasının əri də iştirak edib.

Ketrinin valideyni anonim qalmaq istədiyini bildirib. O, xaricdə dincələrkən təcavüzə məruz qaldığını danışıb. Qız tanımadığı cinayətkardan hamilə qaldığını söyləyib. Cəmi 17 yaşı olub və çox qorxub. Nəticədə o uşağı tapılacağı bir yerdə qoymaq qərarına gəlib. Onun sözlərinə görə o, körpənin alnından öpdükdən sonra çıxıb gedib. Bundan sonra Ketrin və onun bioloji anası arasında münasibətlərin necə inkişaf edəcəyi məlum deyil.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır