Modern.az

Putin və Obama arasında telefon danışığı olub

Putin və Obama arasında telefon danışığı olub

29 Mart 2014, 02:02

Rusiya və ABŞ prezidentləri Ukraynadakı böhranın həlli yollarını müzakirə ediblər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

“Putin Obamanın diqqətini Kiyevdə və Ukraynanın müxtəlif bölgələrində ekstremistlərin dinc sakinlərə, hökumət strukturlarına, hüquq-mühafizə orqanlarına qarşı təhdidlərinə çəkib. Bu çərçivədə Putin vəziyyətin sabitləşməsi yolunda beynəlxalq ictimaiyyətin mümkün əməkdaşlığının nəzərdən keçirilməsini təklif edib”, - məlumatda deyilir.

Yekunda prezidentlər bundan sonra görüləcək işlərin  Rusiya və ABŞ xarici işlər idarələrinin rəhbərləri tərəfindən müzakirə edilməsi barədə razılığa gəliblər.  /apa.az/

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir