Modern.az

Qoyunlar məhşur Luvr Muzeyinə hücum etdi

Qoyunlar məhşur Luvr Muzeyinə hücum etdi

Təhsil

29 Mart 2014, 02:24

Modern.az saytı xəbər verir ki, fransız fermerlər Avropa Birliyinin ortaq kənd təsərrüfatı siyasətinə etiraz etmək üçün dünya şöhrətli Luvr Muzeyində etiraz aksiya keçirdiblər.

Muzeyə qoyunlarla girən fermerlər turistlərin maraq və çaşqınlığına səbəb olublar.

Fermerlər Birliyi adından açıqlama verən Laurent Pinatel "Bu gün  Kənd Təsərrüfatı nazirinin fermerləri yox edəcək siyasətinə etiraz etmək üçün bura gəlmişik.Bizim yerimiz muzey deyil, təbiətdir. Amma bizi müzeylik etməyə çalışırlar" deyə fikrini bildirib.

Fermerlərin qəbul olunan qərarlar ucbatından hər il saylarının 20 minə qədər azaldığı bildirilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar