Modern.az

İngiltərədə kütləvi qətliam

İngiltərədə kütləvi qətliam

3 İyun 2010, 09:50

İngiltərənin şimal-qərbindəki Kumbriya əyalətində bir silahlı 12 nəfəri öldürüb və daha 25 nəfəri isə yaralayıb. Modern.az BBC-yə istinadən xəbər verir ki,  taksi sürücüsü 52 yaşlı Derik Börd qətliamdan sonra özünü də güllələyib. Bu, Britaniyanın tarixində son onillikdə ən faciəli kütləvi qətl hesab olunur. London polisi bildirib ki, əvvəlcə öz həmkarını güllələyən Derik Börd daha sonra adətən çox sakit ərazi olan Leyk əyalətində avtomobilinin pəncərəsindən qarsısına çıxanlara güllə yağdırıb.  Polis güman edir ki, öldürülənlər təsadüfən seçiliblər.

Polis, eləcə də yerli sakinlər hadisənin başvermə səbəbləri  üzərində baş sındırır. Qonşularının dediyinə görə, Derik Börd sakit və mülayim adam olub, dostları ilə içməyi xoşlayıb. Kraliça Elizabet Kumbriya qurbanları üçün başsağlığı verib.

Baş nazir Deyvid Kameron isə bildirib ki, hökumət zərərçəkənlər üçün lazım olan hər şeyi edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi