Modern.az

31 mart soyqırımı günü ərəfəsində jurnalistlər Bakıdan Şamaxıya aparılıb - FOTOLAR

31 mart soyqırımı günü ərəfəsində jurnalistlər Bakıdan Şamaxıya aparılıb - FOTOLAR

29 Mart 2014, 10:06


Modern.az
saytı xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart soyqırımı günü ərəfəsində Şamaxıya press-tur təşkil edib.

Səfər çərçivəsində ilk olaraq AVCİYA rəhbərliyi və jurnalistlər Qobustan rayonunun Acıdərə kəndində Qafqaz İslam Ordusu zabitinin qəbrini ziyarət ediblər. Sonra isə jurnalistlər Şamaxı rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar və burada muzey əməkdaşları  tərəfindən KİV nümayəndələrinə Şamaxının tarixi, coğrafiyası və digər barədə məlumat verilib.

Press-tur zamanı Şamaxıdan seçilmiş deputat Elxan Süleymanovun qərargahında “www.1905.az” saytının təqdimatı olub. Milli Məclisin deputatı Elxan Süleymanov tədbir zamanı çıxışında azərbaycanlıların soyqırımına məruz qaldığı tarixin 110 illiyi ərəfəsində "1905.az" saytının hazırlanaraq geniş ictimaiyyətə təqdim edildiyini bildirib. AVCİYA-nın prezidenti Elxan Süleymanov ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin tarixi, faciələrin ictimai-siyasi kökü barədə danışıb. E.Süleymanovun sözlərinə görə, 2015-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin 110 ili tamam olacaq:

“Hesab edirəm ki, hər bir kəs ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Xüsusilə, KİV nümayəndələri Azərbaycanın bu haqlı işinə daha da diqqətlə yaşamalı və ermənilərin iç üzlərinin açılmasında əlindən gələn köməkliyi göstərməlidir”.

Daha sonra isə, AVCİYA rəhbərliyi və jurnalistlər 1918-ci ildə ermənilər tərəfindən dağıdılmış, lakin sonradan təmir edilən Şamaxı Cümə məscidində olublar. Burada jurnalistlərə məscidin tarixi barədə məlumat verilib və ermənilər tərəfindən bu abidəyə atılmış top izləri, azərbaycanlıların diri-diri yandırıldığı yerlər diqqətə çatdırılıb. Bundan başqa Şamaxıda yeni qoyulmuş Soyqırımı Abidəsini və tarixi İmamzadə məscidini ziyarət edilib.









Rafiq Qənbərov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı