Modern.az

İstanbuldakı 31 Mart soyqırımı tədbirində “Difai fədailəri” kitabı da paylandı

İstanbuldakı 31 Mart soyqırımı tədbirində “Difai fədailəri” kitabı da paylandı

Təhsil

29 Mart 2014, 10:30

İstanbulun Beykent Universitetində 31 mart soyqırımı günü anılıb. Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı Türkiyə təmsilçisinin təşkilatçılığı, Beykent Universiteti Uluslararası İlişkilər Klubunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan millət vəkili Sabir Rüstəmxanlı, İstanbuldakı konsulumuz Kənan Murtuzov, Beykent Universitetindən dr. Muzaffer Ürekli və DAK Gənclər Təşkilatı Türkiyə təmsilçisi Ərtoğrul Cahandar çixiş ediblər.

Ərtoğrul Cahandar bildirib ki, 31 mart 1918-ci ildə ermənilər başda Bakı olmaqla Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran rayonlarında böyük soyqırımı həyata keçiriblər: “Sadəcə Bakıda 12000 türk öldürülüb. Azərbaycanda martdan başlayan soyqırımı sentyabr ayına qədər davam edib və Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Bu qətliamlarda bütünlükdə 50 min Azərbaycan türkü öldürülüb. Bu gün 31 Mart 1998-ci ildən etibarən Dünya Azərbaycanlılarının soyqırımı günü kimi anılır”.

Ərtoğrul Cahandar çıxışında gəncləri tariximizi unutmamağa çağırıb: ”Bizlər nə qədər tariximizə, keçmişimizə dəyər versək, hər kəs də bizə dəyər verəcək.

200-ə qədər iştirakşının olduğu (ictimai xadimlər, professorlar, tələbələr və İstanbulda yaşayan azəybaycanlılar) tədbirdə millət vəkili Sabir Rüstəmxanlı tələbələrə imzalı “Difai fədailəri” kitabını hədiyyə edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir