Modern.az

Müxalifət 31 mart soyqırım qurbanlarını anacaq

Müxalifət 31 mart soyqırım qurbanlarını anacaq

29 Mart 2014, 12:35

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı 31 mart soyqırımı ilə bağlı anım tədbirlərinin keçiriləcəyini deyib. O, Modern..az-a bildirib ki, Müsavat Partiyası Qadın Təşkilatının təşəbbüsü ilə Quba şəhərində soyqırım qurbanlarının məzarı ziyarət ediləcək: “Bakıda isə martın 31-də saat 12:00-da partiya rəhbərliyinin iştirakı ilə Şəhidlər Xiyabanında soyqırım qurbanları anılacaq”.

Azad Demokrat Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbərin sözlərinə görə, təmsil etdiyi partiya tam formalaşmadığına görə belə tədbirlər digər demokratik qüvvələrlə keçirilir: “Yəqin ki, Milli Şuranın sessiyasında bununla bağlı qərar veriləcək. Biz də o çərçivədə iştirak edəcəyik”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı partiyada xüsusi tədbirin keçirilməyəcəyini qeyd edib: “Partiyanın soyqırımla bağlı hər hansı qərarı yoxdur. Soyqırımla bağlı tədbir Milli Şura çərçivəsində keçiriləcək. Bugünki toplantıda məsələyə baxılacaq”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu hər il soyqırım qurbanlarının anıldığını bildirib: “Şəhidlər Xiyabanını hər il ziyarət edirik. Partiyanın Quba şöbəsi soyqırım qurbanlarının abidəsini ziyarət edəcək. Başqa rayonlardakı şöblərimiz də ənənəvi qaydada belə edəcəklər. Bakı da Şəhidlər Xiyabanında soyqırım qurbanları anılacaq”.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, soyqırımla bağlı hər hansı tədbir nəzərdə tutulmayıb: “Əvvəlki illərdə tədbirləri mütəmadi keçirmişik. Bu il isə soyqırımla bağlı partiyanın yazılı bəyanatı olacaq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da soyqırımla bağlı tədbirin keçirilməyəcəyini bildirib.

İlkin PİRƏLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı