Modern.az

Yay vaxtına keçid sərnişinləri çaşdırmırmı? - Xidmət rəhbərlərindən açıqlama

Yay vaxtına keçid sərnişinləri çaşdırmırmı? - Xidmət rəhbərlərindən açıqlama

29 Mart 2014, 13:08


Martın 30-da əqrəblərin bir saat irəli çəkilməsi ilə Azərbaycan ərazisində yay vaxtına keçid həyata keçiriləcək. Yay vaxtına keçid müxtəlif nəqliyyat vasitələrinin sərnişinlərində çaşqınlıq yaradırmı?

Modern.az bu mövzuda sorğu keçirib.

Dövlət Dəmiryolu İdarəsinin(DDYI) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov: “Bu ili hələ bilmirəm. Ancaq keçən il saat çəkilməsi ilə bağlı gecikmə qeydə alınmayıb. Çünki kassada bilet alanda sərnişinləri başa salırlar ki, saata baxın, vaxt dəyişikliyi olacaq. Biletdə də getmə vaxtı yazılır. Heç qatara gecikən görməmişəm. Belə hal olmayıb”.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli: “Həmin günlərdə təyyarə gecikmir, biz qrafik üzrə normal uçuruq. Sərnişinlər gecikir. Biz sərnişinlərə cavabdehlik daşımırıq, təyyarəyə cavabdehlik daşıyırıq. Sərnişinlərin səhv bilet almaları isə qətiyyən müşahidə olunmur”.

Bakı Beynəlxalq Avtovağzalının məlumat bürosu: “Saat çəkilən günlərdə sərnişinlərin gecikmə hallarına rast gəlinmir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir