Modern.az

30 martda gözlənilən hava şəraiti

30 martda gözlənilən hava şəraiti

29 Mart 2014, 13:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi, qısamüddətli yağıntılı olacağı gözlənilir, gecə saatlarında yağışın bəzi ərazilərdə sulu qara keçəcəyi istisna olunmur. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin tədricən səngiyəcəyi gözlənilir.

Havanın temperaturunun gecə və gündüz 1-4 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 30-da hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir