Modern.az

X turun növbəti oyunlarında nəticələr

X turun növbəti oyunlarında nəticələr

İdman

2 Noyabr 2025, 22:21

Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Tovuz şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesabı qələbəsi ilə bitib.

 

İkinci oyunda isə "Araz-Naxçıvan" "Sumqayıt"la səfərdə üz-üzə gəlib. Matç “kimyaçılar”ın üstünlüyü ilə yekunlaşıb - 3:2.

 

Bu nəticələrdən sonra Tovuz klubu 21 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Sumqayıt” 17 xalla 4-cü, Naxçıvan klubu 16 xalla 5-ci, Şamaxı təmsilçisi 10 xalla 9-cu yerdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!