Modern.az

Qubad İbadoğlu: “Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın da ziyanına olacaq”

Qubad İbadoğlu: “Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın da ziyanına olacaq”

29 Mart 2014, 13:47

“Dünya bazarında enerji resurslarının qiymətlərinin ucuzlaşması təəssüf ki, Azərbaycana da öz təsirini göstərən faktorlardan biridir”. Bunu Modern.az-a İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, ekspert Qubad İbadoğlu ABŞ prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına səfərinin məqsədinə münasibət bildirərəkən deyib:

“Bu proses indiki halda Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK-in) qərarından asılıdır. Çünki dünya bazarına daha çox nefti OPEK verir.  Burada isə aparıcı mövqeyə malik olan ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. İndiki halda bildiyimə görə, Səudiyyə Ərəbistanının qərarını OPEK üzvləri birmənalı qarşılamaya bilər. Çünki burada söhbət iqtisadi maraqlardan və vətəndaşdan gedir. Düşünürəm ki, biz yekun qərarı gözləməliyik. Yekun qərar həqiqətən də dünya bazarında neftin ixracının artırılmasına xidmət edərsə, o halda qiymətlərin ucuzlaşması baş verəcək və bu Rusiya ilə yanaşı, Azərbaycan kimi neft ixrac edən və gəlirləri onun hesabına formalaşan ölkələrə də mənfi təsir göstərəcək. Yox, əgər yekun qərar qiymətlərə təsir göstərməyəcəksə, bu da yalnız Səudiyyə Ərəbistanı ilə ABŞ arasında razılaşma ilə kifayətlənəcək. Bu zaman İran məsələsi ortalığa çıxır və razılaşmağa ehtiyac yaranır”.

Ekspert onu da bildirib ki, söhbət yalnız neftdən gedir: “Avropa bu gün daha çox Rusiyadan asılıdır. Qiymət bahalaşması baş verərəsə, Azərbaycan büdcəsinin və Dövlət Neft Fondunun resusrslarının formalaşmasına mənfi təir göstərə bilər. Əksinə, neftin bazar qiymətlərində ucuzlaşma baş verərsə, qazın qiymətində də eyni şey müşahidə olunacaq. Amma istənilən halda qazla bağlı Avropanın alternativlər axtarışı Azərbaycanın xeyrinə olacaq. Çünki Avropa alternativ qaz ixracatçıları siyahısında Azərbaycanı əsas tərəfdaşlarından biri  kimi görür. Siyasi baxımdan ola bilər ki, Azərbaycanın düşməni olsunlar, amma iqtisadi baxımdan bu belə deyil”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına rəsmi səfərinin əsas məqsədinin Ərəbistanını dünya bazarını təchiz etdiyi nefti artırmaqla bağlı razılığa gətirmək, beləliklə Rusiyanın iqtisadiyyatını dağıtmaqdır. Avropa Rusiya qazı və neftindən çox asılıdır. Buna görə bundan imtina etmək mümkün deyil. Vəziyyətdən çıxış yolu isə Səudiyyə Ərəbistanının neft və qaz təchizatını artırması ola bilər.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı