Modern.az

Yerevan Avrasiya İttifaqına qoşulmaq qərarı VERDİ

Yerevan Avrasiya İttifaqına qoşulmaq qərarı VERDİ

29 Mart 2014, 14:05

Ermənistan 2015-ci ilin yanvarından Kremlin layihəsi kimi reallaşması gözlənilən Avrasiya İttifaqına qoşulmaq niyyətindədir. Modern.az saytı “Armtoday”a  istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Savaş Koçaryan məlumat verib. Onun sözlərinə görə bu ilin may ayında Ermənistan Avrasiya İttifaqına üzv olmaq üçün razılaşmaya imza atacaq. XİN rəsmisi bildirib ki, Ermənistan sözügedən layihəyə qoşularsa, o zaman böyük üstünlüklər qazanacaq. Nazir müavini onu da qeyd edib ki, rəsmi Yerevanın Avrasiya Birliyinə qəbulu Ermənistanda köklü islahatların aparılması üçün stimuldur. Erməni diplomat söyləyib ki, məsələ parlamentdə də müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir