Modern.az

Ter-Petrosyan Köçəryanla gizli danışığa gedib

Ter-Petrosyan Köçəryanla gizli danışığa gedib

Təhsil

29 Mart 2014, 14:24


Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ikinci dövlət başçısı Robert Köçəryanın hakimiyyətə qayıdışı ilə bağlı gizli razılığa gəlibsə, bu Erməni Milli Konqresindəki tərəfdaşları ilə ciddi problem yaradacaq. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında “Ayazn” Partiyasının idarə heyətinin üzvü Armen Ağayan deyib. Onun sözlərinə görə, əgər “Çiçəklənən Ermənistan” Partiyasının arxasında Robert Köçəryanın dayanmasından danışırıqsa, bu o deməkdir ki, Levon Ter-Petrosyan ikinci prezidentin yenidən hakimiyyətə qayıdışına razıdır, onun vaxtında – 2008-ci il martın 1-də isə faciəli hadisə baş verib: “Yalnız bu səbəbdən Ter-Petrosyan Köçəryanın qayıdışına imkan verməməlidir. Əgər Köçəryan hakimiyyətə gələrsə, birinci prezident də onu dəstəkləyərsə, onda tərəfdaşları ilə ciddi problemi yaranacaq”.

 

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir