ABŞ prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsi məsələsinin hazırda gündəmdə olmadığını təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə o, "Air Force One" təyyarəsində jurnalistlərin sualını cavablandıran zaman danışın.
“Xeyr, ən azı indi bu məsələ gündəmdə deyil”, - o deyib. Prezident əlavə edib ki, qərarını dəyişə bilər, amma hazırkı cavabı “yox”dur.
Tramp həmçinin qeyd edib ki, Rusiya ilə bağlı “son damla” deyilən bir məqam yoxdur:
“Bəzən tərəflərə döyüşmək imkanı vermək lazımdır. Onlar döyüşürlər. Putin üçün bu çətin müharibədir. O, çoxlu əsgər itirib, bəlkə də bir milyon. Amma Ukrayna üçün də döyüşlər ağır keçir”.
Ağ Evin rəhbəri bildirib ki, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı müzakirələrdə iştirak etmir.