Modern.az

Kliçko prezidentliyə namizədlikdən imtina edir

Kliçko prezidentliyə namizədlikdən imtina edir

29 Mart 2014, 15:06

“UDAR” Partiyasının lideri Vitali Kliçko bu gün keçirilən qurultayda prezident seçkilərində iştirakdan imtina etməlidir. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bunu jurnalistlərə qurultay nümayəndələri deyiblər. Onların sözlərinə görə, Kliçko prezidentliyə namizədliyini irəli sürməkdən imtina edəcək. “UDAR”ın liderinin seçkilərdə prezidentliyə namizəd kimi Pyotr Poroşenkoya dəstək verəcəyi də istisna olunmur.

Kliçkonun namizədlikdən imtina edəcəyini Yuri Lutsenko da təsdiqləyib: “Situasiya gərginləşib. Kliçkonun imtina edəcəyi təqdirdə Timoşenko ilə Poroşenko arasında seçim etmək lazım gələcək”.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir