Modern.az

Aslan İsmayılov: “İlham Əliyevə bu mövqeyinə görə təşəkkür edirəm”

Aslan İsmayılov: “İlham Əliyevə bu mövqeyinə görə təşəkkür edirəm”

Təhsil

29 Mart 2014, 17:15

Tanınmış hüquqşünas Aslan İsmayılov Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünü tanıyaraq, Rusiyanın əleyhinə getməsini alqışlayıb
Modern.az-ın məlumatına görə, A.İsmayılov bununla bağlı mövqeyini belə ifadə edib:

“Martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan qətnamənin lehinə səs verib. Krımı Rusiyaya birləşdirən referendumun əleyhinə BMT üzvü olan 58 ölkə bitərəf qalıb, 100 ölkə əleyhinə (o cümlədən Azərbaycan) və 11 ölkə - Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuela və Zimbabve lehinə səs verib...
Azərbaycan dövlətini dünyanın inkişaf etmiş dövlətləri sırasında görməyimə çox şad oldum. Bu sevinci mənə yaşadan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, bu mövqeyi müdafiə edən hakimiyyət rəsmilərinə təşəkkür edirəm. Bu münasibətə görə məni qınayanlara isə deyirəm, əgər Azərbaycan yuxarıda sadaladığım 11 dövlətin sırasında olsa idi, təşəkkür etdiyim şəxslərə nə edəcəkdiniz? Mənim üçün bu məsələdə fərdlər yox, Azərbaycan dövləti daha önəmlidir.

Azərbaycan rəhbərlərindən dünyada yaranmış bu vəziyyətdən istifadə edib, ölkədə milli birlik yaratmalarını xahiş edirəm və bunu ürəkdən arzulayıram. Əmin edirəm ki, mən və mənim kimi minlərlə vətəndaş Sizin bu addımı atacağınız təqdirdə heç bir təmənna güdmədən, olub-keçənlərə əlvida deyib, bu yolda əllərindən gələn köməkliyi edəcəklər”.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı