Modern.az

Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq

Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq

29 Mart 2014, 19:04

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxın 3 gün ərzində (29,30,31 mart tarixlərində) müşahidə olunacaq kosmik hava proqnozunu (Günəş aktivliyi və geomaqnit qasırğa) açıqlayıb.

  Modern.az saytının AMEA Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadən verdiyi xəbərə görə, rəsədxananın direktor müavini Elçin Babayev bildirib ki, proqnozlaşdırılan günlərdə kosmik hava stabil vəziyyətdə olacaq.  

Onun sözlərinə  görə, hazırda günəşin diskinin 9 regionunda 125 müxtəlif ölçülərdə ləkələr müşahidə olunur. Bu ayın son gülərində əvvəlki günlərdə olduğu kimi Günəşin alovlanma aktivliyinin orta səviyyədə qalacağı, onun yayılmasının orta enerjidə-M klass və zəif həddə olabiləcəyi proqnozlaşdırılır.

Kosmik havanın öyrənilməsi istiqamətində aparılan analizlərin nəticəsi göstərir ki, proqnozlaşdırılan günlərdə ümumi (planetar) geomaqnit vəziyyət orta gərginlikdə olacaq.

Bu günlərdə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlərin görülməsi tövsiyə olunur.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər