Modern.az

Krım Tatarları "milli muxtariyyət" qərarı qəbul etdi

Krım Tatarları "milli muxtariyyət" qərarı qəbul etdi

29 Mart 2014, 21:38

Modern.az saytı xəbər verir ki, Krım rəhbərliyinin Ukraynadan ayrılaraq tək tərəfli müstəqilliyini elan edib Rusiyaya birləşməsi qərarından sonra Tatar xalqı da  Krım Tatar Milli Qurultayını toplayaraq "milli muxtariyyət" qərarını qəbul edib.

Qurultay gündəmindəki "milli muxtariyyətın elan edilməsi” təklifi 212 nümayəndənin dəstəyiylə  qəbul edilib. Qurultayda1 nəfər əleyhinə, 4 nəfər isə bitərəf mövqedən çıxış ediblər.

Krıma birbaşa hava yolu səfərlərinin dayandırılmasına görə qurultaya Krım Tatar diaspor nümayəndələri qatıla bilməyib.

Krım Tatar Milli Məclisinin (KTMM) sədri Refat Çubarov "kimsə Ukrayna vətəndaşlığından çıxmamalıdır" deyərək "təzyiqə boyun əyməyəcəklərini" də vurğulayıb.

Krım-tatar xalqının Qurultayı milli-ərazi muxtariyyətinin yaradılması haqqında qərarda deyilir:

“Krım-tatar xalqının tarixi vətəni olan Krımda milli-ərazi muxtariyyətinin yaradılması istiqamətində siyasi və hüquqi prosedura başlanılması haqqında elan olunsun. Krım-Tatar Məclisinə tapşırılsın ki, Krım-tatar xalqının  tarixi vətənində milli-ərazi muxtariyyət formasında  öz müqəddaratını təyinetmə hüququnun təmin olunması ilə bağlı BMT, Avropa Şurası, AB, ATƏT və İƏT kimi beynəlxalq təşkilatlar, dövlətlərin parlamentləri və hökumətləri ilə bütün məsələlər üzrə münasibətlər qurulsun”.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir