Modern.az

Siqaret çəkənlərin dad alma hissi azalır

Siqaret çəkənlərin dad alma hissi azalır

29 Mart 2014, 22:20

Modern.az saytı xəbər verir ki, fransız alimlərinin 451 adam üzərində apardıqları araşdırma nəticəsində məlum olmuşdur ki, siqaret çəkən insanların duzlu, şirin və turş təamları siqaret çəkməyən insanlar qədər yaxşı hiss etsələr də,  qəhvənin dadını olduğu kimi hiss edə bilmirlər.

Parisdəki Piti-Salpetriere xəstəxanasının işçiləri üzərində aparılan və Chemosensory Perception adlı akademik jurnalda dərc olunan araşdırma nəticəsində uzun müddət siqaret çəkib tərgidənlərin 1/5-nin qəhvənin dadını tam hiss etmədikləri məlum olmuşdur. Ancaq heç vaxt siqaret çəkməmiş insanlarda bu göstərici cəmi 13% təşkil etmişdir.  

Mütəxəssislərə görə, siqaret çəkənlərin bədənində yığılan tütün qalıqları dad alma hüceyrələrinin özünü yeniləməsinə mane olur. Bir vaxtlar siqaret çəkmiş insanlar, hətta onu təgitsələr belə bəzi dadları olduğu kimi hiss edə bilmirlər.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...