Modern.az

Dəridəki kəskin quruluq xərçəng əlaməti ola bilər

Dəridəki kəskin quruluq xərçəng əlaməti ola bilər

30 Mart 2014, 00:17

Bəzən daxili xəstəliklərin bir çoxu dəridə baş verən dəyişikliklərlə də özünü biruzə verir. Bəzən xərçəng xəstəliyi ortaya çıxmamışdan əvvəl dəri və dırnaqlarda bəzi əlamətlər görülə bilər.

Buna görə də, dəridə qeyri-adi quruluq hiss olunduqda dərhal həkimə müraciət etmək məsləhət görülür. Çünki bunun sayəsində şiş xəstəlikləri erkən mərhələdə aşkarlanıb müalicə oluna bilər. Nəticədə isə xəstənin həyatı xilas olur. Bu səbəbdən hər kəsin ildə bir dəfə dermatoloji müayinədən keçməsi olduqca vacibdir.

Bəs bu xəstəliklərin dəri və dırnaqlarda ortaya çıxan 'gizli' əlamətləri hansılardır? Dərimizdə baş verən rəng dəyişmələri və çillənmələri qətiyyən diqqətdən kənar buraxmamalı və dərhal həkimə müraciət etməliyik.

Bədəndə açıq ya da tünd rəngli ləkələr:

Daxili orqanlardan birində xərçəngi riski ola bilər.

Döş və genital bölgədəki çillənmə ilə qabarcıqlar:

Ağciyər və ya qida borusu xərçəngindən qaynaqlana bilər.

Dərinin rəngində tündləşmə:

Bədənin qəhvəyi-qara rəngə bürünməsi:

Böyrək və böyrəküstü vəzin xəstəlikləri, serroz və ağciyər xərçəngi,  eyni zamanda sümük iliyi xərçənginin əlamətlərindən biri ola bilər.

Əlin içi və pəncədə tünd rəngli ləkələr:

Döş, mədə xərçəngi və ya nazik bağırsaq lenfomasına işarə edə bilər.

Ovuc içi və ayaq altı qalınlaşmalar:

Genetik xəstəliklər nəticəsində inkişaf edə bilir. Ovuc içinin qalınlaşması böyüklərdə görülərsə, bu ağciyər və mədə xərçənginin xəbərçisi ola bilər.

Əl və barmaq uclarında qalınlaşma:

Əl və barmaq uclarında qalınlaşma, ümumiyyətlə anadangəlmə ürək-damar və ağciyər xəstəliklərinin nəticəsində ortaya çıxır. Ancaq yetkin yaşlarda görülərsə o zaman ağciyər, mədə-bağırsaq xərçənginin də əlamətərindən biri ola bilər.

Dırnaq uclarının soyulması:

Daha çox zədə nəticəsində meydana gəlsə də, bəzi qan xəstəlikləri, AİDS və başqa xəstəliklər nəticəsində də meydana gəlir. Ağciyər xərçəngində isə dırnaqlar dibindən düşə bilər.

Ayaq barmaqlarındakı rəng dəyişməsi:

Şərq təbabətində, ayaq barmaqlarındakı yaşımtıl rəng dəyişikliyinin mədə xərçənginin əlaməti ola biləcəyi deyilir. Ayaqdakı deformasiya isə bəzən revmatik xəstəliklərin xəbərçisi ola bilər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi