Modern.az

İrəvan Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməsinin səbəbini açıqlayıb

İrəvan Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməsinin səbəbini açıqlayıb

Təhsil

30 Mart 2014, 00:54

İrəvan Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməsinin səbəbini açıqlayıb

Bu barədə Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan Ermənistanın martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü haqqında qətnamənin əleyhinə səs vermək qərarını şərh edərkən bildirib. “Ermənistan xalqların öz müqəddaratını təyinetmə prinsipini ərazi bütövlüyü prinsipinə qurban verə bilməzdi”, deyə o əlavə edib.   

O qeyd edib ki, Ermənistan və Ukrayna arasındakı münasibətlər hər zaman olduğu kimi bundan sonra da  normal qalacaq.   

Xatırladaq ki, Ukrayna XİN rəsmi nümayəndəsi Yevgeni Perebiynis bəyan edib ki, Ermənistan və Belarusun mövqeyi Ukraynanı çox təəssüf edib. O açıqlamasında Kiyevin bu ölkələr ilə münasibətlərinə yenidən baxılacağını istisna etməyib.  

Qeyd edək ki, Ukraynanın ərazi bütövlüyü haqqında qətnamənin qəbul olunmasına Azərbaycan da daxil olmaqla 100 ölkə, əleyhinə Ermənistan və Belarus da daxil olmaqla 11 ölkə səs verib. Özbəkistan və Qazaxıstan da daxil olmaqla 58 ölkə  bitərəf qalıb. /apa.az/

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir