Modern.az

“Facebook” bir həftədə 3.1 milyard dollar itirdi

“Facebook” bir həftədə 3.1 milyard dollar itirdi

30 Mart 2014, 02:04
Modern.az saytının xəbərinə görə, “Facebook”un 29 yaşındakı qurucusu Mark Zükerberq birjada bir həftədə 3.1 milyard dollar itirdi.

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” virtual texnologiyalar istehsalçısı “Oculus VR”-yi aldıqdan sonra birjada böyük zərərə uğradı.

Həftəlik itkisi 11faiz olan “Facebook” hissələri Mark Zükerberqin sərvətindən 3.1 milyard dolları buxarlaşdıraraq, 27 milyard dollara enməsinə səbəb oldu.

Sərvətinə əhəmiyyətli ölçüdə  zərər dəyən yalnız Mark Zükerberq deyil.

“Google”-un qurucuları Sergey Brin və Larry Page cütlüyünün də ümumi itkiləri 3 milyard dollara yaxın olub.

Eyni zamanda “Amazonun” qurucusu Jeff Bezosun da sərvəti 1. 9 milyard dollar əriyib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?