Modern.az

Türkiyədəki bələdiyyə seçkilərində qan düşdü

Türkiyədəki bələdiyyə seçkilərində qan düşdü

30 Mart 2014, 13:56
Türkiyədə bu gün keçirilən bələdiyyə seçkiləri qanlı hadisələrlə müşayiət olunur.

Modern.az “Hürriyət”ə istinadən xəbər verir ki, Şanlıurfa vilayətində baş vermiş iki qanlı davada 9 nəfər yaralanıb. Bu olaylar zamanı dəyənək, bıçaq və digər silahlardan istifadə olunub.
Hadisələrdən biri Şanlıurfanın Birecik qəsəbəsində Çiftlik kəndində baş verib. Kəndin muxtarlığına namizədlər Ersöz ilə Emin Öztürk ailələri arasında mübahisə qanlı sonluqla nəticələnib. Ümimilikdə 6 nəfər yaralanıb.
Odlu silahdan açılan atəş muxtarlığa namizəd Emin Öztürk, onun yaxınları Salih Öztürk, Hasan Öztürk və Mehmet Öztürkü yaralayıb. Daha iki nəfər isə dəyənək zərbələrindən xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Digər hadisə Şanlıurfa vilayətində Çankaya qəsəbəsində bir-birinə qohum olan iki mixtarlığa namizəd ailə arasında yaşanıb. Muxtarlığa namizədlər İsmayıl Çiftçi ilə Şükrü Polatçı arasında dava nəticəsində biri polis olmaqla 3 nəfər yaralanıb.
Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.

Türkiyədə bu gün keçirilən seçki nəticəsində bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı