Modern.az

Ən bahalı telefon nömrələri - Şok qiymətlər

Ən bahalı telefon nömrələri - Şok qiymətlər

30 Mart 2014, 14:13

Bahalı telefon nömrələrinin sahibi olmaq təkcə Azərbaycanda deyil, bütün dünyada dəbdədir. Bizdən fərqli olaraq dünyanın ayrı-ayrı yerlərində qiymətlər fantastik və ağılasığmazdır.

Modern.az-ın məlumatına görə, bu sırada birinci yeri Qətərin paytaxtı Doha şəhərində satılan nömrə tutur. Qətər Telekom şirkətinin hərracda catışa çıxartdığı 666-66-66 telefon nömrəsi cəmisi 10 dəqiqə ərzində 2 milyon 750 min dollara satılıb. Şirkət bu nömrədən əldə etdiyi gəliri xeyriyyə fonduna və ölkə əhalisinin tibb xidmətinin yaxşılaşmasına sərf edib.

İkinci ən bahalı nömrə Çində internet hərracı vasitəsi ilə satışa çıxarılıb. Hərracda yetmiş nəfər iştirak edib. 135-85-85-85-85 nömrəli telefon kartı yeni sahibinə 1 milyon 100 min dollara başa gəlib. Çinlilərin təbirincə bu nömrənin ardıcıllığı dörd dəfə “icazə ver mən varlı olum” ifadəsini əks etdirir.

Sırada üçüncü yerdə olan ən bahalı telefon nömrəsinə də çinlilər sahib olublar. Çinin Sıçuan əyalətinin aviaşirkəti tərəfindən alınmış 88-88-88-88 telefon nömrəsi 285 min dollara satılıb. Çinlilərin rəqəmlərə olan inamına görə bu nömrə uğur və səadət gətirir.

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!