Modern.az

Məleykə Abbaszadə Belarusun təhsil naziri ilə görüşüb

Məleykə Abbaszadə Belarusun təhsil naziri ilə görüşüb

3 İyun 2010, 12:57

 

İyunun  3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Belarus Respublikasının təhsil naziri Aleksandr Radkovla görüşüb.

TQDK-dan Modern.az-a verilən məlumata görə, komissiya sədri Belarusla Azərbaycan arasındakı hərtərəfli əlaqələrdən söz açaraq təhsilin qiymətləndirilməsi sahəsində mövcud olan əməkdaşlıq istiqamətlərindən danışıb. M.Abbaszadə bildirib ki, tarixi ənənələri olan Azərbaycan-Belarus əlaqələrinin başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətt üzrə inkişaf etməsi böyük  əhəmiyyət daşıyır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Aleksandr Radkov təhsilin qiymətləndirilməsi sahəsində ölkələr arasındakı ikitərəfli əlaqələrin səmərəliliyinin artırılması və daha da inkişaf etdirilməsi istiqamətində zəruri olan məsələlərə toxunub.

Modern.az

 

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi