Modern.az

Türkiyədəki bələdiyyə seçkilərinin ilkin nəticələri-Ərdoğan ÖNDƏDİR

Türkiyədəki bələdiyyə seçkilərinin ilkin nəticələri-Ərdoğan ÖNDƏDİR

30 Mart 2014, 22:30

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səsvermə qutularının 14 faizində toplanmış səslərin nəticələri bəlli olub. Məlumata görə Türkiyə üzrə hakim Ədalət və İnkişaf Partiyası (AKP) 50 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 25 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) 14 faiz səs toplayıb.

Qeyd edək ki, Türkiyədəki bələdiyyə seçkilərində 52 milyon 700 minə yaxın seçici iştirak edib. Seçkidə 30-a yaxın siyasi partiya iştirak etsə d, əsas rəqabət AKP, CHP və MHP arasında olub.  

 

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir