Modern.az

Makronun müşaviri Bakıya niyə gəlib?

Makronun müşaviri Bakıya niyə gəlib?

Dünya

4 Noyabr 2025, 21:26

Bakıda Fransa və Azərbaycan diplomatları arasında uğurlu danışıqlar keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sosial şəbəkədə məlumat verib.

Səfir qeyd edib ki, görüş Fransa və Azərbaycan prezidentləri arasında son danışıqların davamı olub.

Onun sözlərinə görə, Bakıya Fransanın Avropa məsələləri üzrə prezident müşaviri Bertran Buxvalter və Fransa Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Bris Rokfey səfər edib:

“Fransa Prezidentinin Avropa məsələləri üzrə müşaviri Bertran Buxvalter və Fransa Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Bris Rokfey Bakıya səfər ediblər. Onlar Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə Azərbaycan–Fransa münasibətləri və regional məsələləri müzakirə ediblər.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!