Modern.az

Azərbaycandakı bahalı maşın markalarının sayı açıqlandı

Azərbaycandakı bahalı maşın markalarının sayı açıqlandı

31 Mart 2014, 12:30

Azərbaycanlılar həmişə prestij və dəbdəbə həvəskarı olublar. Hətta onlar müxtəlif vaxtlarda onlara aid olan ən bahalı əşyaları belə nümayiş etdirməkdən çəkinməyiblər. Nisbətən aşağı təbəqənin sakinləri özlərini bahalı telefonlarını nümayiş etdirirsə, bir qədər yüksək təbəqəyə məxsus vəzifəlilər və onların övladları qiyməti milyonlarla ölçülən avtomobilləri ilə gündəmə gəliblər. Hətta onların arasında dünyada xüsusi sifarişlə istehsal olunan avtomobilə sahib olanlar da az deyil.

Modern.az saytı Azərbaycanda ən çox sürülən avtomobil markalarının statistikasını əldə edib. Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü il yanvarın 1-i vəziyyətinə ölkədə 1 048 806 ədəd minik avtomobili qeydə  alınıb. Onlar arasında isə 38%-lə “VAZ” markalı avtomobillər üstünlük təşkil edir. Vaxtilə brend marka sayılan “Mercedes”lər Azərbaycanda avtomobillərin 16,9%-ni təşkil edir. Sonrakı yerləri 4,9%-lə “Hunday”, 4.7%-lə  “QAZ” markalı avtomobillər tutub.

İllər  üzrə müqayisə etdikdə  minik avtomobillərinin sayında artım müşahidə olunduğunu görmək olar. Belə ki, 2012-ci ildə 958595 ədəd avtomobil olubsa, bu il 90211 ədəd artaraq 1 048 806-ə çatıb.

Bu ilin nəticələrinə görə, ölkədə daha çox “VAZ”, “QAZ”, “Toyota”, “Land Rovers” və “Porsche” markalı avtomobillər üstünlük təşkil edib. Belə ki, 2014-cü ilin ilk aylarında ölkədə 126723 ədəd “VAZ-2107”, 49165 ədəd “QAZ”, 39964 ədəd “Toyota”, 3815 ədəd “Land Rovers”, 1231 ədəd “Porsche” markalı avtomobil qeydə alınıb.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?