Modern.az

Fəlakətli sunami ölüm və dağıntıya səbəb oldu

Fəlakətli sunami ölüm və dağıntıya səbəb oldu

Dünya

30 Sentyabr 2009, 09:50

Sakit Okeanın dibində baş vermiş güclü zəlzələnin yaratdığı sunami Samoa və Amerika Samoası adalarını vurub və geniş ərazidə dağıntılara səbəb olub.  Hələlik azı 28 nəfərin tələf olduğu xəbər verilir, lakin ehtiyatlanmalar var ki, bu rəqəm yüksələ bilər.

Beləki, sunami bütöv kəndləri yuyaraq aparıb. Şahidlər bildiriblər ki, dalğalar maşınları dənizə tökür, sahildə dağıntı yaradırdı.

Minlərlə insanın evsiz qaldığı güman edilir. Beynəlxalq Qırmızı Xaçın Samoa bölməsinin baş katibi Tautala Mavala Yeni Zelandiya radiosuna deyib ki, sunaminin nəticələrinin aradan qaldırlması uzun müddət çəkə bilər. O, deyib ki, adamların əksəriyyəti sahil zolağında yaşayır və onların evlərinin bərpası aylarla davam edə bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi