Modern.az

Azərbaycanlı deputat: “Bu, Ərdoğanın zəfəridir”

Azərbaycanlı deputat: “Bu, Ərdoğanın zəfəridir”

31 Mart 2014, 13:19

Martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkiləri artıq başa çatıb. Əsasən AKP, MHP, CHP və BDP arasında gərgin keçən bələdiyyə seçkilərində səs faizi 45,55 olan AKP qələbə qazanıb. Dünyanın da diqqət mərkəzində olan Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri Azərbaycanda da müzakirə edilib.

Millət vəkili Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında seçki ilə bağlı fikirlərini belə şərh edib.
“Dünən dünya ictimaiyyətinin, dünya mətbuatının gözü Türkiyədə keçirilən bələdiyyə-məhəlli seçkilərə yönəlmişdi. Həqiqətən də, budəfəki seçki kampaniyası Türkiyə tarixində ən gərgin seçki qabağı kampaniya olub. Bunu partiyaların liderləri də müxtəlif xarici, yerli ekspertlər də səsləndirirdi. Seçkini izləyərkən biz bunun şahidi olduq. Bütün gərgin mübarizə arxada qaldı. Həqiqətən də Türkiyədə seçkiqabağı kampaniya müddətində gərgin bir vəziyyət yaranmışdı. Bunun da məlum səbəbləri vardı. Bu haqda geniş danışmaq istəmirəm".

M. İbrahimqızı bildirib ki, bir çox beynəlxalq, eləcə də Türkiyənin daxilində olan ekspertlər AKP-nin sonunun gəldiyini elan edirdilər. “Bu təbii ki, qərəzli idi. Çünki Türkiyədə təsdiq olunmuş qanun var. Seçkinin taleyini xalq həll edir. Yəni hansısa xarici qüvvələrin şərtləri, proqnozları öndə deyil. Türkiyənin daxilində olan qüvvələr AKP-nin məğlubiyyəti üçün hər cür işlər görürdülər. Müxtəlif təxribatlar, şantajlar həyata keçirilirdi. Türkiyənin siyasi həyatında CHP ilə MHP-nin bir-birinə düşmən partiya olması reallıqdır. Bütün partiya və qurumlar AKP-yə və onun lideri və qurucusu olan Ərdoğana qarşı birləşmişdi.

Dünənki bələdiyyə seçkilərində hədsiz dərəcədə demokratik mühit yaranmışdı. Hər bir tərəfin öz fikrini ifadə etməsi, öz gücünü realizə etməsi üçün istər mətbuatda, istərsə də ictimaiyyətdə hər cür şərait yaradılmışdı. Bütün təxribatlara, provokasiyalara baxmayaraq, Türkiyə xalqı, ictimaiyyəti seçicilərin 50%-ə qədərinin səsini qazandı. Bu da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana olan etimad idi”.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir