Modern.az

Atilla Sertel: “Müxalifət uduzdu, daha hansısa bəhanə gətirmək yersizdir”

Atilla Sertel: “Müxalifət uduzdu, daha hansısa bəhanə gətirmək yersizdir”

31 Mart 2014, 13:26
Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel ötən gün qardaş ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələi ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb. Federasiya rəhbəri bildirib ki, Türkiyədə seçkilər iqtidar partiyasının qələbəsi ilə nəticləndi:

“Müxalifət öz daxili quruluşuna yönəlik çalışmalar etməli, seçkilərdə qazanmaq və Türkiyəni yönətmək üçün layihələr düşünməlidir. Seçkilərdə uduzmaq bəhanə ola bilməz. Bu, yersizdir. Cumhuriyyət Xalq Partiyası (CHP)Türkiyənin sahillərində var olan bölgələrdə səs qazana bildi. Milliyətçi Hərəkat Partiyası (MHP) çox az səs aldı”.    

A.Sertel deyib ki, Türkiyədə səs verənlərin bir qismi dinə, digər bir qismi isə dilə baxdı. “Bu, doğrudur. Amma müxalifətin də ümumi olaraq özünü təhlil etməsi lazımdır. Sadəcə şikayətlənmək, tənqid etmək səs gətirmir. Bu sandığa təsir etmir. Layihələr hazırlamaq, xalqın inamını qazanmaq lazımdır”.  

Gülşən Raufqızı
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır