Modern.az

Ukrayna dronları Rusiyanın enerji infrastrukturunu vurdu

Ukrayna dronları Rusiyanın enerji infrastrukturunu vurdu

Dünya

6 Noyabr 2025, 11:57

6 noyabr gecəsi Ukrayna dronları Rusiyanın Kostroma vilayətinin Volqoreçensk şəhərindəki "enerji infrastrukturu obyeki"nə hücum edib.

Modern.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Sergey Sitnikov mətbuata açıqlamasında bildirib.

Ukrayna dronlarının hədəfi Rusiyada gücünə görə üçüncü ən böyük istilik elektrik stansiyası olan Kostroma Dövlət Rayon Elektrik Stansiyası (GRES) olub. O, ölkənin ümumi elektrik enerjisinin təxminən 1,5%-ni istehsal edir. Stansiyada 330 və 300 MVt gücündə səkkiz enerji bloku və 1200 MVt gücündə unikal "milyon gücündə" enerji bloku var.
Volqoreçensk sakinləri zərbələrdən sonra stansiyanı alovlu bir parıltının bürüdüyünü bildiriblər.

Ukrayna dronları ötən gecə Volqoqrada da hücum edib. Krasnoarmeyski rayonundakı sənaye zonasında yanğın baş verib. Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirib ki, ərazidə Lukoil-Volqoqradneftepererabotka neft emalı zavodu yerləşir. Neft emalı zavodu Cənubi Federal Dairəsini yanacaqla təmin edir və ildə 15,7 milyon tona qədər neft emal edə bilir. Neft emalı zavoduna hücum zamanı dronlardan biri Qarya Xoxolova küçəsindəki 24 mərtəbəli yaşayış binasına dəyib. Bir mülki şəxs həlak olub.

Müdafiə Nazirliyinin hesabatına görə, hava hücumundan müdafiə qüvvələri bir gecə ərzində Rusiya bölgələri üzərində 75 Ukrayna sabit qanadlı dronunu məhv edib. Bunlardan 49-u Volqoqrad vilayəti, 6-sı Voronej vilayəti, 4-ü Rostov vilayəti, 3-ü Belqorod vilayəti, 2-si Orel vilayətində və Moskva, Kursk, Lipetsk, Tambov bölgələri üzərində bir dron vurilib. İşğal olunmuş Krım üzərində 7 dron vurulub.

Sizə yeni x var
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı