Modern.az

Novruz Məmmədov Türkiyədəki seçkini TƏRİFLƏDİ

Novruz Məmmədov Türkiyədəki seçkini TƏRİFLƏDİ

31 Mart 2014, 14:20

 

 

 

 

 

 

 

Ötən gün Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı Azərbaycan tərəfi mövqe bildirib. Modern.az xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyədəki seçkilərlə bağlı özünün rəsmi twitter səhifəsində yazıb. O bildirib ki, Türkiyədəki bələdiyyə seçkiləri möhtəşəm keçib. “Ötən gecəni Türkiyədəki seçkilərlə bağlı prosesləri izləmişəm. Möhtəşəm seçkilər... Türkiyə seçimini etdi” – -deyə PA rəsmisi qeyd edib.

Qeyd edək ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə hakim Ədalət və İnkişaf Partiyası (AKP) qələbə qazanıb.

 

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı