Modern.az

Rezidenturaya keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Rezidenturaya keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb

31 Mart 2014, 15:06


Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1356 nəfər namizəddən 50 nəfəri imtahana gəlməyib. 955 namizəd I mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Müsabiqə şərtini ödəyən namizədlərdən 503 nəfəri cari ilin, 452 nəfəri əvvəlki illərin məzunudur. Onlardan 719 nəfərini qızlar, 236 nəfərini oğlanlar təşkil edir. Ən yüksək nəticə 95 bal olub.

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

 

Misranə Həsənzadə  
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi