Modern.az

“Ədəbiyyat qəzeti”nin şöbə müdiri: “Tam fərqli bir qəzet görəcəksiz”

“Ədəbiyyat qəzeti”nin şöbə müdiri: “Tam fərqli bir qəzet görəcəksiz”

31 Mart 2014, 15:10

Azərbaycan Yazıçılar Birliyinin tabeliyində olan iki mətbu orqan – “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalında yeni təyinatlar olub. Təyinatlara əsasən “Ədəbiyyat qəzeti”ndə baş redaktor  Ayaz Vəfalını yazıçı Elçin Hüseyinbəyli, onu isə  jurnalda şair Qulu Ağsəs əvəz edib.

Qurumun sədri,  xalq yazıçısı Anar da artıq  yeni baş redaktoru  qəzetin  kollektivinə  təqdim edib. Görəsən qurultay öncəsi edilən bu  təyinatlar qəzetin inkişafında hansı müsbət  dəyişikliklər edəcək? Elçin Hüseyinbəylinin baş redaktor olması “Ədəbiyyat qəzeti”ndə hər hansı inkişafa yol açacaqmı?

Qəzetin şöbə müdiri, yazıçı-kulturoloq Aydın xan Əbilov Modern.az-a verdiyi açıqlamasında bu yöndə çox nikbin danışıb:   “AYB-nin qarşıdan gələn qurultayı ərəfəsində Yazıçılar Birliyinin strukturunda yeniləşmə, kreativ islahatlara çoxdan başlanılıb. Yaradılan saytlar, elektron kitabxana, AYB Gənclər Şurasının yeni tərkibi, ədəbiyyatın müxtəlif istiqamətlərinə həsr olunmuş kulturoloji müzakirələrin təşkilindın sonra növbəti addım kimi dövlət büdcəsindən maliyyələşdirilən ədəbi orqanların rəhbərliyinə yeni nəslin nümayəndələrinin gətirilməsi də bununla əlaqədardır. İstər Elçin Hüseynbəyli, istərsə də Qulu Ağsəs həm yaradıcılıq potensialına, həm də mətbuatla işləmək bacarığına görə tanınan cavan qələm yoldaşlarımız sayılırlar.

"Ədəbiyyat qəzeti" redaksiyasında və ümumiyyətlə, bu tarixi-ədəbi mətbu orqanın həyatında yeniləşməylə bağlı bizim də təkliflərimiz çoxdur. Əgər yenicə təyin olunmuş baş redaktor bu təklifləri uyğun sayıb işlmək istəsə, inanırıq ki, bu qədim ədəbi nəşrin tarixində fərqli bir qəzeti görəcəksiz. Şəxsən mən qəzetin interaktiv saytının fəaliyyət göstərməsinin təşəbbüsüylə çıxış etmişəm və dünən redaksiyamıza qonaq gələn AYB rəhbərliyi qarşısında bu məsələni, eləcə də bölgələrdəki qələm adamlarımızın, xaricdə yaşayan azərbaycanlı yazarların, gənclərin yaradıcılığına diqqətin artırılmasının, dünya ədəbiyyatının təbliğinin, şəbəkə - İnternet ədəbiyyatının izlənilərək işıqlandırılmasının vacibliyini vurğuladım...”

  

Elmin Nuri

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı