Modern.az

31 mart qırğını seminar-mühazirədə anıldı - FOTO

31 mart qırğını seminar-mühazirədə anıldı - FOTO

31 Mart 2014, 15:53


Humanitar Araşdırmalar İctimai Birliyi yeni bir layihə həyata keçirib. Layihənin məqsədi Azərbaycan dövlətçilik tarixinin dünəni, bu günü ilə bağlı gənclərə məlumatların verilməsi, onları tarixi faktlarla tanış etmək, vətənpərvərlik hissinin yüksəlməsidir.

Modern.az xəbər verir ki, Humanitar Araşdırmalar İctimai Birliyi bu məqsədlə “Azərbaycan tarixi-Azərbaycan gəncliyi” tarixi kontekstdən müasir reallıqlara doğru” layihəsi çərçivəsində ali məktəb tələbələri üçün seminar-mühazirə təşkil edib.

“1918-ci il 31 mart – azərbaycanlıların soyqırımı” adlanan tədbirdə İctimai Birliyin sədri filologiya üzrə fəlsəfə doktoru Nurlanə Qasımlı bildirib ki, 1918-ci ildə Bakı və Bakı ətrafı ərazilərdə minlərlə azərbaycanlı qətlə yetirilib. “Bu qətliam nəticəsində təxmini rəqəmlərə görə 12 minə yaxın vətəndaşımız qətlə yetirilib, 10 minlərlə insan itkin duşub”.

Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova öz çıxışında qeyd edib ki, 31 mart 1918-ci ildə baş vermiş soyqırım aktının yalnız bir günüdür. “Niyə məhz 31 mart ? Bu tarixi mənada son 100 il ərzində müsəlman əhalisinə, Cənubi Qafqazda, Cənubi Azərbaycanda dinc əhaliyə qarşı vəhşicəsinə törədilmiş bir günün tarixidir. 1919-cu ildə azərbaycanlıların soyqırımının 1 illiyi münasibətilə həsr olunmuş mətbuatda belə bir ifadə işlədilmişdir ki, “Ölənlərə rəhmət, dirilərə ibrət”. Bu ifadə sonrakı tarix üçün çox böyük bir ibrət oldu”.

Tədbirdə çıxış edən Qənirə Paşayeva bildirib ki, ermənilər öz yalanlarını başqalarına yazdırmaqla onun yayılma mexanizmini müəyyən edib. “Bu yalanların qarşısının alınmasının ən yaxşı yolu doğruları söyləməkdir”.

Daha sonra çıxış edən deputat Fazil Mustafa isə qeyd edib ki, 31 mart soyqırımı kifayət qədər təbliğ olunmayıb: “Xocalı soyqırımı ilə müqayisədə 31 Mart soyqırımını dünyaya tanıtmaq imkanlarımız məhdud olub. Həm də biz ermənilər qədər təbliğ edə bilməmişik”. O, qeyd edib ki, soyqırımı düzgün təhlil edərək gələcəkdə baş verə biləcək soyqırımların qarşısını ala bilərik.

 

Rafiq Qənbərov  
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!