Modern.az

Qubada soyqırım qurbanları ziyarət edilib- FOTO

Qubada soyqırım qurbanları ziyarət edilib- FOTO

31 Mart 2014, 16:10
“Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Modern.az-ın məlumatına görə, iİtimai Birlik tərəfindən dəvət olunmuş qonaqlar arasında  Xocalı Soyqırımını tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Erməni təcavüzünün tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, jurnalist-araşdırmaçı Aydın Qarabağlı, işğaldan öncə Xankəndində məktəb müdiri işləmiş Sabir Əliyev və N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin müəllim-şagird heyəti olub.   Birliyin sədri Xatirə Vəliyeva öz saxtakarlıqlarından əl çəkməyən ermənilərin və Ermənistanın bu və ya digər formada Azərbaycana qarşı təcavüzündən söz açarkən bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib. Daha sonra Xocalı Soyqırımını tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Erməni təcavüzünün tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı erməni şovinistlərinin törətdiyi qırğınların miqyasından danışarkən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu xüsusilə qeyd etmiş, onları sosial mediada daha da fəal olmağa çağırıblar. Quba Soyqırımı Memorial Kompleksini ziyarət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Milli vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində tədbirlərin təşkili çərçivəsində baş tutub.

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?