Modern.az

Azərbaycanda köhnə avtomobil alan yoxdur

Azərbaycanda köhnə avtomobil alan yoxdur

31 Mart 2014, 16:20


“Kreditlərin bərpa olunması bilavasitə ilkin avtomobil bazarına təsir göstərir. Burada söhbət yeni avtomobillərin satışından gedir”. Bunu Modern.az-a Əmlak Bazarı İştirakçıları Birliyinin sədri Ramil Osmanlı maşın bazarındakı son durumu şərh edərkən deyib: “Yeni avtomobillərin satışında ötən illərlə müqayisədə elə bir ciddi dəyişiklik nəzərə çarpmır, artım müşahidə olunmur. Kreditlərin bərpa olunmasına baxmayaraq, köhnə avtomobillərin satışı demək olar dayanıb. Bu sahədə çox ciddi problemlər var. Yalnız lizinq yolu ilə müəyyən qədər avtomobil satışını bərpa etmək mümkün olub.

R.Osmanlı bildirib ki, sabahdan tətbiqinə başlanacaq “Avro-4” standartının tətbiq olunması bilavasitə ölkəyə daxil olan avtomobillərin idxalının sayının azalmasına gətirib çıxaracaq: “Bu son 2-3 ay ərzində, müəyyən qədər 2004-cü ilə qədər istehsal olunmuş bəzi avtomobillərin qiymətində artımla da müşahidə olunub. Yenə də vurğulamaq istəyirəm ki, bu əsasən mənfi cəhətdən bazarda idxala təsir göstərərcək. Lakin köhnə avtomobillərin qiymətindəki artımlarr davamlı xarkter daşımır. Problem bir neçə ay müddətinə aradan qalxacaq”. Birlik sədri onu da bildirib ki, standartın tətbiqi dövriyyədə olan avtomobillərə şamil olunmur: “Bu, həmin tarixdən etibarən gömrükdən keçərək ölkəyə gətiriləcək avtomobillərə şamil ediləcək. Bu, ekoloji standartdır. Onun respublika daxilində istismarda olan avtomobillərə tətbiq edilməsi hələ ki gözlənilmir”.  

Qeyd edək ki, bir müddət əvvəl avvtomobil bazarında kreditlər dayandırıb. Lakin Mərkəzi Bankdan verilən razılıq əsasında banklar avtomobil kreditlərini yeni şərtlər əsasında verməyə başladı. Yeni şərtlərə əsasən banklar öz vəsaitlərini yeni avtomobilllər üçün - ilkin ödənişi 50 faiz olmaqla illik 14-23 faizlə verəcək. Bir ildən çox sürülən avtomobillər üçünsə şərtlər bir qədər də ağırlaşıb. Belə avtomobil almaq istəyənlər ümumi məbləğin 70-80 faizini əvvəlcədən ödəməli və qalan hissəni isə illik 17-27 faiz dərəcəsi ilə ödəməlidir. Bundan başqa, müştərilərə kredit verərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır. Lakin yaranan vəziyyət maşın bazarındakı durğunluğu daha da gərginləşdirib.

 

Gülşən Raufqızı  

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir