Modern.az

2014-cü ilin üç ayındakı hərbi itkilərimiz: 17 ölü, 25 yaralı

2014-cü ilin üç ayındakı hərbi itkilərimiz: 17 ölü, 25 yaralı

31 Mart 2014, 16:37

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2014-cü ilin birinci rübündə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 17 nəfər təşkil edib. Bu barədə məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 25 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli bildirib ki, müvafiq dövrdə dünyasını dəyişənlərin 5-i  döyüş (erməni gülləsi), 12-i isə qeyri-döyüş itkiləridir.

3  nəfər avtoqəzadan,  3  nəfər xəstəlikdən dünyasını dəyişib. 6 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 15-i Müdafiə Nazirliyinin, 2-si Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (25 nəfər) C.Sümərinli bildirib ki, onların 12-si qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 3-ü intihara cəhddən, 2-si erməni gülləsindən, 2-si mina partlayışından, 6-sı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 22 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Müvafiq dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda iki Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (onlardan biri qaytarılıb). Eyni zamanda müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi