Modern.az

Bakı Ali Neft Məktəbində soyqırım qurbanlarının xatirəsi yad edilib

Bakı Ali Neft Məktəbində soyqırım qurbanlarının xatirəsi yad edilib

31 Mart 2014, 17:27


Modern.az xəbər verir ki, Bakı Ali Neft Məktəbində 31 mart soyqırım qurbanlarının anım mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan rektor Elmar Qasımov XX əsrin əvvəllərində Qafqazda baş vermiş siyasi hadisələrin tarixindən danışıb:”Erməni daşnaklarının Naxçıvanda, Dərələyəzdə, Vedidə, Zəngəzurda, Şamaxıda, Qubada, Bakıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər  və bunların erməni millətinin özgə torpaqlarını mənimsəmək xislətindən irəli gəlir” deyə rektor vurğulayıb. Ümummilli lider Heydər Əliyev tərəfindən 1918-ci il mart hadisələrinə siyasi qiymət verilməsi haqqında sərəncam verdiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf yolunda böyük uğurlar əldə etdiyini, beynəlxalq aləmdə ermənilərin çirkin siyasətinin iflasa uğraması üçün miqyaslı və səmərəli tədbirlər həyata keçirildiyini vurğulamış, gəncləri dövlətçilik amalları ətrafında birləşməyə, ölkəmizin maraqlarını daim müdafiə etməyə çağırıb. Mərasimdə çıxış edən-kafedra müdiri, professor Arif Məmmədzadə, prorektor, professor Ramiz Hümbətov və dosent Manafəddin Namazov erməni dövlətinin tarixinin saxta mənbələrə söykəndiyini qeyd edib, ermənilərin yalanlarına qarşı daim mübarizə aparmağa çağırıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqına məxsus bütün torpaqların geri alınacağına ümidvar olduqlarını bildiriblər. Mərasimdən əvvəl 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda tələbələrin hazırladığı mart hadisələrinə həsr olunmuş film nümayiş etdirilib.   Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir