Modern.az

Siyasi zənginlərin zəngin həyat tərzi - Maydan liderləri necə yaşayır? - MARAQLI

Siyasi zənginlərin zəngin həyat tərzi - Maydan liderləri necə yaşayır? - MARAQLI

31 Mart 2014, 18:29

Mayın 25-də Ukraynada keçiriləcək növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca, Krım böhranını yaşayan ukraynalıların siyasi fəallıqları daha da artır. Bu ərəfədə Ukraynanın kütləvi informasiya vasitələri seçkiqabağı proseslərə daha geniş yer verir. Prezidentliyə namizədlər haqqında təhlillər, müsahibələr, şərhçilərin proqnozları, liderlik iddiasında olanlar haqqında müxtəlif siyasi baxışlar və mətbuatda yer tapan bu kimi yazılar seçicilərin seçimi üçün bir az da aydınlıq gətirir. Bu günlərdə belə səpkili yazıların sırasında Maydan liderlərinin həyat tərzi ilə bağlı oxuculara təqdim olunan yazılar da kifayət qədər böyük marağa səbəb olub.

Modern.az saytı Ukraynadakı siyasi zənginlərin necə yaşadıqlarına dair yazını təqdim edir.

Sabiq baş nazir Yuli Timoşenko


Ukrayna KİV-nin məlumatına görə, Timoşenko ailəsinin bütöv bir villalar kolleksiyası var. Kiyev ətrafında, Dnepr çayının sahilindəki iqamətgahın ərazisində isə xanım siyasətçi şəxsi çimərliyə və yaxtaların yan alması üçün xüsusi yarə malikdir. Həmçinin sabiq baş nazirin anasının, xalasının, bacısının və qızının yaşadığı dəbdəbəli villalar da Timoşenkonun doğmalarına olan “səxavətini” əks etdirir. Onun Dnepropetrovsk şəhərinin mərkəzində “Timoşenkonun evi” adı ilə məşhur olan sarayı da öz cəlbediciliyi ilə digər imarətlərdən geri qalmır.

“Udar”ın sədri Vitali Kliçko


İdman meydançalarından siyasi Maydana sıçrayış edən Vitali Kliçkonun yüksək zövqlü olmasına yaşadığı mənzilə baxanda şübhə qalmır. İdmançı siyasətçi özünə Kiyevin mərkəzində məskən salıb. Kliçko mərkəzdə, 1901-ci ildə inşa edilmiş qədim altı mərtəbəli binada yaşayır. Mənzilinin sahəsi 225 kv.m-di. Mənzildə altı otaq, dörd hamam-tualet var. Klişko öz qonaqlarını iki otaqda qarşılayır. Otaqlardan biri döşəməsi də daxil olmaqla şəffaf şüşəyə bənzər materialdan olan kitabxanadır. Digər bir otaq isə siyasətçinin şəxsi otağıdır. Kliçko ailəsi Kiyevdə daha beş geniş sahəli mənzilə sahibdir. Kliçkonun əsas imarəti isə Hamburqun mərkəzində yerləşir. Onun sarayı öz dəbdəbəsi ilə digərlərindən fərqlənir.

“Şokolad kralı” Poroşenko


“Şokolad kralı” “Şokolad kralı” adı ilə tanınmış biznesmen, prezidentliyə namizəd Poroşenkonın sarayı sözün əsl mənasında “Ağ evi” xatırladır. Təxminən iki hektar ərazidə iqamətgahdan başqa qonaqlar üçün xüsusi bina, istirahət üçün hamam kompleksi də var. “Forbes”in məlumatına görə 1,8 milyard dollar ilə Ukraynanın beşinci ən varlı adamı sayılan Poroşenko başqa əmlaklara da sahibdir. Üüksək zövq və son dəblə tikilmiş bu saray Timoşenkonun villalarının biri ilə qonşuluqdadır.

Baş nazir Arseni Yasenyuk


Baş nazirin taleyinə prezidentlə qonşuluqda yaşamaq düşüb. Ancaq bu “xöşbəxtlik” uzun sürməyib. Arseni Yasenyukun yaşadığı yer Yanukoviçin hazırda sahibsiz qalan sarayına yaxındır. O, sahəsi 160 kv.m olan ikimərtəbəli evdə yaşayır. Baş nazirin həyətində hovuz, uşaq meydançası, çoxlu ağaclar və qonaqlar üçün 114 kv.m sahəsi olan ev var. Yasenyukun həyətində hələ baş nazir olmamışdan əvvəl də mühafizəşilər üçün tikili olub.

İlham Cəmiloğlu      

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi