Modern.az

Türkiyədə məscidi raketlə vurublar

Türkiyədə məscidi raketlə vurublar

31 Mart 2014, 21:59

Modern.az saytı xəbər verir ki, Türkiyənin Xatay vilayətinin Yayladağ bölgəsinə Suriya tərəfindən atılan 1 raket və 2 top mərmisi düşüb. 

Bölgə mərkəzinə düşən raket məscidə dəyib və yaxınlıqda hərəkət edən 50 yaşlı Muna Hacısüleyman yaralanıb. 50 yaşlı qadın özü də suriyalıdır. Ona raketin qəlpələri dəyib.

Suriyanın Yayladağı bölgəsinə yaxınlıqda yerləşən Kesab şəhərində Bəşər Əsədə bağlı hökumət birliklərilə müxalifətçi Azad Suriya Ordusu gücləri arasında şiddətlənən qarşıdurmalar çərçivəsində atılan 3 top mərmisi və 1 raket Türkiyə tərəfə düşüb. Top mərmiləri Güzelyurt kəndinin kənarına düşüb. Raket isə Yayladağın mərkəzində suriyalılar qaldığı çadır düşərgəsinin qarşısındakı məscidə dəyib. 

Mərminin düştüğü vaxt ibadət zamanı olmadığına görə böyük bir fəlakət yaşanmayıb.Əks təqdirdə çox böyük itki qeydə alına bilərdi.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi