Modern.az

Ukrayna Rusiyaya nota verdi

Ukrayna Rusiyaya nota verdi

31 Mart 2014, 22:34

Ukraynanın xarici işlər nazirliyi Rusiyanın baş naziri Dmitri Medvedevin Krıma səfəri ilə bağlı rəsmi Moskvaya etirazını bildirib. 

Notada bildirilir ki, xarici ölkə rəsmisinin Ukrayna hökuməti ilə razılaşmadan Krıma səfər etməsi beynəlxalq hüquqa və diplomatik qaydaların kobud pozulmasıdır.

Qeyd edək ki, Medvedev Krıma bu gün səfər edib. 

Xatırladaq ki, Ukraynada millətçi dairələr Yanukoviç hakimiyyətini devirəndən sonra Rusiya Krıma hərbi təcavüz edib. Martın 16-da keçirilən referendumdan sonra Krım Rusiyaya birləşdirilib. /anspress/

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər