Modern.az

KİVDF 34 qəzetə pul ayırdı - “Azadlıq” kənarda qaldı - SİYAHI

KİVDF 34 qəzetə pul ayırdı - “Azadlıq” kənarda qaldı - SİYAHI

31 Mart 2014, 22:43


Martın 31-də
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə ümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunub. Təqdim edilmiş layihə təklifləri Fondun ekspertləri tərəfindən araşdırılıb.
Vüqar Səfərli əlavə edib ki, "Azadlıq" qəzetinin redaksiyası KİVDF Müşahidə Şurasının 30 dekabr 2013-cü il tarixli iclasında bu qəzetə qarşı irəli sürülən iradların aradan qaldırılmasına dair sənədləri Fondun katibliyinə təqdim edib, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə qatılmaq istəyini ifadə edib.

Bundan sonra Müşahidə Şurasının üzvləri təqdim edilmiş sənədlər ətrafında müzakirələr aparmışlar. Şura üzvlərindən Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Rəşad Məcid, İntiqam Hümbətov çıxış edərək "Azadlıq" qəzetinin müsabiqədə iştirak etmək istəyi ilə bağlı fikirlərini bildiriblər. Qeyd edilib ki, Fondun Nizamnaməsinin 4.1.10-cu bəndində, layihələr üzrə müqavilə şərtlərini pozan kütləvi informasiya vasitələrinin 2 ilədək müddətə belə müsabiqələrdə iştirakdan məhrum edilməsi nəzərdə tutulub. Lakin, "Azadlıq" qəzetinin göstərilən iradları aradan qaldırdığını bildirməsini nəzərə alaraq, onun müsabiqədə iştirakı məsələsinə yenidən baxılması mümkündür.

Müşahidə Şurası müzakirələrin nəticəsi olaraq, "Azadlıq" qəzetinin monitorinq edilməsi və redaksiyanın təqdim etdiyi sənədlərin araşdırılması üçün Şura üzvləri Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə və Müşfiq Ələsgərlidən ibarət İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupun hazırlayacağı rəyə əsasən, növbəti müsabiqə dövründə "Azadlıq" qəzetinin müsabiqədə iştirakı barədə qərar veriləcək.

Müzakirələri davam etdirən Şura üzvləri müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin araşdırılmasının yekunu olaraq, qəzetlərin dövriyyəsini, tirajını və yayımını nəzərə alaraq, 34 redaksiyanın layihə təkliflərinin maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Cari məsələlər bölümündə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə jurnalistlər üçün inşa edilən yeni binanın tikintisinin gedişi barədə dinləmələr keçirilib.

2014-cü ilin II rübü üçün layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulan redaksiyaların siyahısı aşağıda təqdim edilir.


Qəzetin Adı

Ayrılan məbləğ

1.

"Kaspi” qəzeti

30000

2.

"Mövqe” qəzeti

30 000

3.

"Yeni Azərbaycan” qəzeti

30 000

4.

"Ayna-Zerkalo” qəzeti

30 000

5.

"Ədalət” qəzeti

30 000

6.

"525-ci qəzet” qəzeti

30 000

7.

"Səs” qəzeti

30 000

8.

"Bakı-Xəbər” qəzeti

30 000

9.

"Yeni Müsavat” qəzeti

30 000

10.

"Olaylar” qəzeti

30 000

11.

"Ekspress” qəzeti

30 000

12.

"Palitra” qəzeti

30 000

13.

"Paralel” qəzeti

20 000

14.

"Həftə İçi” qəzeti

20 000

15.

"Azad Azərbaycan” qəzeti

20 000

16.

"Şərq” qəzeti

20 000

17.

"Xalq Cəbhəsi” qəzeti

20 000

18.

"Futbol+Qol” qəzeti

20 000

19.

"Bizim Yol” qəzeti

20 000

20.

"Zaman-Azərbaycan” qəzeti

20 000

21.

"Kaspi rus” qəzeti

20 000

22.

"Novoye Vremya” qəzeti

15 000

23.

"Futbol+” qəzeti

15 000

24.

"Üç Nöqtə” qəzeti

15 000

25.

"Unikal” qəzeti

10 000

26.

"Olimpiya Dünyası”qəzeti

10 000

27.

"Azernews” qəzeti

10 000

28.

"Oxu Məni” qəzeti

10 000

29.

"Reytinq” qəzeti

5 000

30.

"Təhsil Problemləri” qəzeti

4 500

31.

"The Business Times” qəzeti

4 500

32.

"Hərbi And” qəzeti

4 500

33.

"Türküstan” qəzeti

4 500

34.

"İqtisadiyyat” qəzeti

4 500



A.Qorxmaz
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi